bazar 26 aprel 2026 - 16:57
Livanda daxili dialoqu dəstəkləyirik

Hövzə / Livan Şiə İslam Ali Şurasının sədr müavini Şeyx Əli Xətib, Əl-Hazmiyyədə yerləşən qurumun qərargahında BMT-nin Livan üzrə xüsusi koordinatoru Janine Hennis Plasschaerti qəbul edib.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Livannın Şiə İslam Ali Şurasının sədr müavini Şeyx Əli Xətib, Əl-Hazmiyyədə yerləşən qurumun qərargahında BMT-nin Livan üzrə xüsusi koordinatoru Janine Hennis Plasschaerti qəbul edib. Görüşdə İsrailin hücumları fonunda Livandakı vəziyyət müzakirə olunub. BMT rəsmisi ölkədaxili dialoqun təşkili, xüsusilə dini liderlər arasında dialoq və Livan və Suriya münasibətləri kimi məsələləri gündəmə gətirib.

Şeyx əl-Xətib bildirib ki, dini şəxsiyyətlərin iştirakı ilə toplantının keçirilməsi istiqamətində addımlar atılır ki, daxili gərginlik azaldılsın və İsrailin alovlandırmaq istədiyi fitnənin qarşısı alınsın. O qeyd edib ki, dialoqu dəstəkləyirlər və ümid edirlər ki, prezident Cozef Aun belə bir dialoqa çağırış edəcək və milli müdafiə strategiyası bu müzakirələrin mərkəzində olacaq.

O vurğulayıb ki, BMT-nin fəal olması və Livan məsələlərində mühüm rol oynaması vacibdir, lakin təəssüf ki, bu qurum belə İsrail hücumlarından yan keçə bilmir. Şeyx Əli Xətib təəccübünü ifadə edərək bildirib ki, İsrailin BMT-də yer alması sual doğurur, halbuki onun baş naziri açıq şəkildə “Böyük İsrail” xəritəsini nümayiş etdirərək ekspansionist niyyətlərini bəyan edir. Onun sözlərinə görə, bu, adi dövlət deyil, cinayət üzərində qurulmuş bir qurumdur və bu düşüncə dəyişmədikcə bölgədə sülh mümkün olmayacaq.

O əlavə edib ki, İsrail jurnalist Amal Xəlili qətlə yetirib və o, jurnalistlər arasında ilk qurban deyil. Ondan əvvəl də Əli Şueyb, Fatimə Futuni və Məhəmməd Futuni kimi şəxslər hədəfə alınıb. Bu, açıq hərbi cinayətlərdir və BMT bunları qınamalıdır.

Şeyx Əli Xətib vurğulayıb ki, Livanı İsrailin istədiyi daxili qarşıdurmaya sürükləməyə imkan verməyəcəklər. Onun sözlərinə görə, Livan xalqı 15 illik vətəndaş müharibəsinin acı təcrübəsini yaşayıb və bundan nəticə çıxarıb. Ölkədə müdrik insanlar daxili qarşıdurmanın əleyhinədir və bəzi neqativ səslərə baxmayaraq, sağlam düşüncə üstünlük təşkil edir.

O həmçinin qeyd edib ki, Livan hakimiyyəti ilə, xüsusilə prezidentlə ən yaxşı münasibətlərin qurulmasını istəyirlər və ona qarşı hər hansı təhqir və ya təhdidi qəti şəkildə rədd edirlər. Güclü və müstəqil dövlətin mövcudluğu həm xalqın müdafiəsi, həm də çətinliklərin azalması baxımından vacib hesab olunur.

Sonda Şeyx  Əli Xətib bildirib ki, onlar Suriya ilə də qardaş münasibətlərinin inkişafını istəyirlər. Onun sözlərinə görə, keçmiş problemlər əsasən Suriyanın daxili vəziyyətindən qaynaqlanıb və hazırda münasibətlərin dövlətlərarası çərçivədə tənzimlənməsi istiqamətində addımlar atılır.

Livanda daxili dialoqu dəstəkləyirik

Şeyx  Əli Xətib

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha